Bakıda və Abşeron yarımadasında əsən güclü külək sabah ikinci yarısında mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək
Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində iyulun 8-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.