9 İyul 2015 20:55
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan İsrailin nümayəndə heyəti Azərbaycanın ikinci böyük şəhəri ilə tanışlıq məqsədilə Gəncəyə səfər edib.

Afula şəhər meri Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Arye Tal şəhərinin meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev, “Solumi” Mərkəzinin rəhbəri Şaul Simon-Tov və bir qrup jurnalist Gəncənin tarixi və görməli yerlərini gəziblər.

“Qoşa qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami məqbərəsi, Məhsəti Gəncəvi Mərkəzi, Cümə məscidi və Cavadxan türbəsini ziyarət edən israilli qonaqlar Xan bağını seyr etdikdən sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.


Müəllif:

Oxşar xəbərlər