Tovuz 25 saylı Yol İstismar İdarəsi rayon ərazisindəki avtomobil yollarının abad saxlanması üçün mütəmadi olaraq əsaslı təmir işləri yerinə yetirir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında da yolların vəziyyəti diqqət mərkəzində saxlanılıb. Altı ayda yollarda 412 min 300 manatlıq cari və əsaslı təmir işləri görülüb.