Alimlər bildirirlər ki, dəniz suyu ilə müqayisədə çimərlikdəki qumun üstündə daha çox xəstəlik törədən bakteriya olur.
Alimlər Havay adalarının qumunu araşdırdıqdan sonra bu nəticəyə gəliblər.
Əvvəllər dəniz suyu təhlükəli hesab olunurdu. İsti və durğun suyun mikrobların inkişafı üçün əlverişli mühit yaratdığı çoxdan məlumdur. Lakin tədqiqatlar nəticəsində müəyyən edilib ki, çimərlik qumu dəniz suyu ilə rəqabət yarada bilər. Qızmar qumda bakteriyalar daha sürətlə artır.
Buna görə tədqiqatçılar çimərlikdə ehtiyatlı olmağı, uşaqların qumluqda oynamasına nəzarət etməyi məsləhət görürlər. Eyni zamanda, dənizdən qayıtdıqdan sonra dərhal dəsmal və çimərlik geyiminin yuyulması tövsiyə olunur.