İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlı rayonunda Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qəbul saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Miryəhya Bədirov
Mob: (050) 319-33-93, e-mail:[email protected], www.scwra.gov.az
BƏXTİYAR