Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm".