28 İyul 2015 12:19
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz. Bu kanal dövlətin himayəsi altında olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu bu gün "KİV-də qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib. MTRŞ rəsmisi qeyd edib ki, görə, kanalının yaranması lazımdır: "Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi? Hazırda büdcə bu kanalın yaradılmasına imkan vermir. Uşaq telekanalı özəl yox, dövlət büdcəsindən maliyyələşməlidir ki, ona nəzarət edilsin".

Qafar Cəbiyev yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını deyib. MTRŞ rəsmisi bildirib ki, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində teleradio yayımçılarına güzəştə getmir: "Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir neçə halda uşaq hüquqlarının pozulması ilə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların hüquqlarını deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə cıxarmaq düzgün deyil".

Q.Cəbiyevin sözlərinə görə, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: "Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur".

İlhamə


Müəllif:

Oxşar xəbərlər