Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III ixtisas qrupunun abituriyentləri üçün nəşr edilmiş "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı kitabçada texniki səhvə yol verilib.
Belə ki, 690-700 bal toplayan abituriyentlərin sayı “0” göstərilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komisiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, kitabçanın 5-ci səhifəsində verilmiş 2 saylı cədvəlin birinci sətri aşağıdakı kimi oxunmalıdır:
690-700 |
17 |
17 |
0 |
0 |
17 |
17 |
7-ci səhifənin 10-cü sətrindəki ifadə aşağıdakı kimi oxunmalıdır:
68+63+52+39+24+17=263.