30 İyul 2015 15:16
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən vətəndaşlara xidmət göstərməyə başlayan Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzində işçilərin fəaliyyət zamanı gərginliklərini aradan qaldırması üçün xüsusi otaq ayrılıb.


"Report" xəbər verir ki, stress atmaqdan ötrü ayrılan otaq problemli vətəndaşlarla təmasda olan və hirsini soyuda bilməyən işçilər üçün nəzərdə tutulub.

Burada rezindən olan kişi maneken quraşdırılıb və boks əlcəkləri qoyulub. Bununla da işçilər boks əlcəyindən istifadə edərək manekeni istədikləri qədər yumruqlaya bilərlər.

Stress atma otağında, həmçinin masaj kreslosu da var. Otaqda akvarium və televizor da qoyulub. Burada şahmat oynamaq üçün imkan da yaradılıb.


Müəllif:

Oxşar xəbərlər