29 May 2014 10:24
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlinin 28 May İstiqlaliyyət günü münasibətilə paylaşdığı statusa yazılan şərhlərdən biri istehza ilə qarşılanıb. Söhbət partiyanın mətbuat katibi Natiq Adilovun şərhindən gedir.

Hazırda Amerikada olan N.Adilov partiya sədrinin statusuna rəyində qeyd edir: "Çəkinmədən deyirəm ki, Əli Kərimli siyasi tariximizdə Rəsulzadədən sonra ən uzun müddətli və ardıcılı istiqlal və hürriyyət savaşı verən adamdır. Allah bizi istiqlalımıza qovuşdursun!".

N.Adilovun bu şərhi birmənalı qiymətləndirilməyib. Onun şərhi "yaltaqlıq, pafozlu yanaşma, fanatizm" kimi dəyərləndirilib.

Azər İsmayıl adlı Facebook istifadəçisi N.Adilov barəsində "Buna ABŞ-da da təvəzökarlığa öyrədə bilmədilər. Adam rəsmən Elçibəyi iqnor edir. Nə ehtiyac var: anlamıram ki..."

Mahir Məmmədli isə yazır: "Əli Kərimli istiqlal və hürriyyət mübarizəsini harda aparıb? Ya da istiqlal və hürriyət savaşı başlayanda Əli Kərimli harda idi?"

Ayxan


Müəllif: