14 Avqust 2015 14:13
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkəsəndə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Məhz bu səbəbdən insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı mütərəqqi adət və ənənələrin yaradıcısı xalq hesab olunur. Bu irsin gələcəyə çatdıran isə gənclərdir və ailələr bu mənada onların təlim və tərbiyəsinə xüsusi diqqət yetirməlidir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək deyib ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyinmizi də qorumalıyıq. O, ölkədə məzhəblərarası münasibətlərinin qorunmasında Azərbaycan dövlətinin misilsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb: “Ancaq bu gün dini alətə çevirərək dünyada vəhşi müsəlman obrazı formalaşdıran güc mərkəzlərinə Azərbaycanda da öz məkrli planlarını həyata keçirməyə fürsət verməməliyik. Hamılıqla dövlətin yanında olmağa imanımızla borcluyuq. Qarabağın azadlığı da dövlətimizin, ərazi bütövlüyümüzün, o cümlədən mənəvi dəyərlərimizin mühafizə olunmüsınadan keçir”.

Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin baş məsləhətçisi Elmar Əliyev, şəhər cümə məscidinin axundu Hacı Röya Balayev, “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev və başqa iştirakçılar çıxış ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər