4 Sentyabr 2015 08:18
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib.

“Azəryolservis” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.

Rənglənmə işləri ilə paralel olaraq vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Bununla əlaqədar olaraq eyni anda paytaxtın bir-neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də anoloji işləri aparılması nəzərdə tutulub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər