4 Sentyabr 2015 23:16
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri sentyabrın 4-də açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

TQDK-dan Teleqraf.com-a bildirilib ki, boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər