12 Sentyabr 2015 17:18
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Azərbaycanın şimal-qərb rayonlarına dolu yağıb.

"Report" xəbər verir ki, təqribən 10-15 dəqiqə fasiləsiz yağan dolu ziyansız ötüşməyib.

Səhər saat 5:30 radələrində anidən yağan dolu Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu ərazisindən keçən hissəsində magistral yola yaxın kəndlərə- Zəyəm, Tasmallı, Lələpaşa, Qorağan, Qındırğa və Marsan kəndinin fərdi təsərrüfatlara ziyan vurub.

Tasmalı kənd sakini Ümidvar Yusifovun "Report"a verdiyi məlumata görə, o, belə dolu yağmasının 14 il öncə şahidi olub.

İntensiv yağan dolu Tasmalı və Zəyəm kəndlərində qoz iriliyində müşahidə olunub. Kənd sakinlərinin meyvə bağlarına, həyətlərində olan alma, armud, üzüm, nar ağaclarına ziyan dəyib. Bəzi köhnə dam örtükləri yararsız vəziyyətə düşüb.

Qax rayonunun Tasmalı və Zəyəm kəndlərində elektrik naqilləri qırıldığından kəndlərə verilən elektrik enerjisi kəsilib. Hələlik elektriki bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda dolunun ziyan vurduğu ərazilərdə əhaliyə dəymiş ziyanı dəqiqləşdirmək üçün işlər aparılır.


Müəllif:

Oxşar xəbərlər