27 Sentyabr 2015 23:48
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada "Uniklinika"da müalicə alan aparıcı Hacı Nuran bir günlük Azərbaycana gəlir.

Teleqraf.com xəbər verir ki, həkimlər ona havasını dəyişmək üçün vətənə gəlməyə icazə veriblər:

"Neçə müddətdir ki, Almaniyada xəstəxanada xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər məsləhət gördülər ki, bir az havamı dəyişim. Neçə vaxtdır ki, Azərbaycana bir saatlıq gəlməyi arzulayıram. Dünən yanıma gələn Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bu arzunu həyata keçirdi. İnşallah sabah bir günlük Azərbaycana gəlirəm. Sonra müalicə üçün təkrar Almaniyaya qayıdacam".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər