5 Oktyabr 2015 17:00
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 15 dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına da baxıblar. Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.

BƏXTİYAR


Müəllif: