Baki Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu gün rektor vəzifəsindən istefa verdi. Buna səbəb N.Hüseynlinin Milli Məclisə V çağırış seçkilərdə iştirakı ilə bağlıdır.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən BAU-nun mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, N.Hüseynlini hazırda fizika-riyaziyyat elmləri namizədi, professor Məsim Məmmədov əvəz edir. Onun sözlərinə görə, M.Məmmədov bundan əvvəl universitetdə prorektor vəzifəsində çalışıb.
BƏXTİYAR