BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınıb.
Bu barədə Teleqraf.com-a açıqlama verən sədr müavini bildirib ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin qeydə alınması ilə bağlı rəsmi qərar var:” Artıq BAXCP-nin rəsmi qeydiyyatdan keçmiş namizədlərindən biriyəm. Bu gün həm namizədliyimin qeydə alınmasına dair , həm də namizəd olmağıma dair vəsiqəni təqdim etdilər. Qeydə alınmağım barədə məlumat MSK-nın saytında yerləşdirilib. Oktyabrın 9-dan sonra təblığat-təşviqat kampaniyası aparacağıq. 44 saylı dairənin ərazısı ilə yaxından tanış olmuşuq. BAXCP-nin Sumqayıt şöbəsinin geniş sosial bazasının mövcudluğu və özümün 20 illik seçki təcrübəmdə imkan verir ki, çox əhatəli seçki marafonu aparım. Bütün imkanlarımızı səfərbər edəcəyik. Dislokasiyaya uyğun bütün ərazilərdə görüşlər keçirtməyi nəzərdə tutmuşuq. Bu ilki parlament seçkiləri mənim deputatlığa namizəd kimi qatıldığım üçüncü seçkimdir. Böyük seçki təcrübəm var. 2010-cu il parlament seçkilərində 2 yeri tutmuşam. Qanunun imkan veridyi bütün təblığat növlərindən istifadə edəcəm. Mən də BAXCP-ni parlamentdə təmsil etmək istəyirəm və bütün fəaliyyətimiz bu istiqamətdə olacaq".