Milli Məclisin deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.
Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar.
Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar. Səfər oktyabrın 13-də başa çatacaq.
Nemət