14 Oktyabr 2015 12:43
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-16-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri, Hüquqi məsələlər, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, həmçinin Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcəkdir.

Teleqraf.com xəbər verir ki, iclaslarda Milli Məclisin deputatı Elton Məmmədov iştirak edəcək. Tədbirlərdə “MDB iştirakçısı olan dövlətlər üçün dövlət və bələdiyyə qulluğu haqqında model Məcəllə layihəsi”, həmçinin “Sahibkarlıq haqqında”, “Yerli hakimiyyət orqanlarının sərhədyanı əməkdaşlıqda iştirak qaydası haqqında”, “İctimai nəzarətin əsasları haqqında”, “Elektron hökumət haqqında”, “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqqında”, “Sosial-mədəni yaradıcılıq haqqında” və digər model qanun layihələri müzakirəyə çıxarılacaqdır.

Səfər çərçivəsində Yeni çağırış və təhdidlərə qarşı mübarizə və təhlükəsizlik sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA-nın birləşmiş komissiyasının da iclası keçiriləcək, bu mövzuda müzakirələr aparılacaq.


Müəllif:

Oxşar xəbərlər