14 Oktyabr 2015 13:40
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC növbəti sosial layihəsini həyata keçirir. Teleqraf.com-un məlumatına görə, sabahdan etibarən metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində məşhur rəssamların müxtəlif muzeylərdə sərgilənən əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərginin açılışı oktyabrın 15-i 11:00-da “Nəriman Nərimanov” stansiyasının keçidində baş tutacaq.
Qeyd edək ki, bu ilin iyul ayında “Gənclik” metrostansiyasında fotosərginin açılışı olmuşdu. 38 müəllifin 92 foto əsərinin nümayiş olunduğu fotosərgi hələ davam edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər