Bu gün günorta saat 14:00 radələrində Bakının Badamdar qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin qarşısında yük avtomobili anidən yanmağa başlayıb.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə dərhal FHN əməkdaşları cəlb edilib.
Yanğın qısa zaman ərzində söndürülsə də avtomobil tamamilə yanaraq, yararsız hala düşüb.
Hazırda ərazidə tıxacın yaranmaması üçün DYP əməkdaşları tərəfindən iş aparılır.
Qeyd edək ki, baş vermiş yanğında xəsarət alan olmayıb. Yanan avtomobilin Lider TV-yə aid olduğu bildirilib.