Azəri Gənclər Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqə elan edir.
Teleqraf.com-un xəbərinə görə, “Qadın və seçki” mövzusunda araşdırma aparan jurnalistlər qadınların siyasi iştirakçılığı, seçkili orqanlarda təmsil olunan lider qadınların fəaliyyəti mövzusunda müxtəlif janrlarda yazılarını müsabiqəyə təqdim edə bilərlər.
Müsabiqəyə oktyabrın 16-dan noyabrın 10-dək dövrədək yazılı və elektron KİV-lərdə dərc edilən yazılar qəbul ediləcək.
Müsabiqədə gender balansını qorumaq məqsədilə 2 birinci, 2 ikinci və 2 üçüncü yerlərin qalibləri (hər birində kişi və qadın olmaqla) mükafatlandırılacaq. Ən yaxşı yazılara görə birinci yerlərə 100 AZN, ikinci yerlərə 70 AZN, üçüncü yerlərə 50 AZN pul mükafatları və müvafiq diplomlar veriləcəkdir.
Məqalələrin sonunda Azəri Gənclər Alyansınin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsinə təqdim edilmək üçün sözləri yazılmalı və [email protected] e-mail ünvanına göndərilməlidir.