19 Oktyabr 2015 18:33
4 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarı çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.


Teleqraf.com xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasına 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.

Qeyd edək ki, Eldar Mahmudov oktyabrın 16-da Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.

14 saylı hüquq məshələtxanasından Teleqraf.com-a bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat yoxdur”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər