22 Oktyabr 2015 00:03
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar", bunu jurnalist Günel Mövludun anası Şövkət Şəfiyeva bildirib.

BBC Azərbaycancaya danışan Şövkət Şəfiyeva deyib ki, oğlanları qızı Günel Mövludun "Meydan TV ilə əməkdaşlıq etməsinə görə" həbs olunub, buna görə də qızından imtina edir.

"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm", Şövkət Şəfiyeva deyib və prezidentin siyasətini dəstəklədiyini bəyan edib.

"1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz", o deyib.

Xanım Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də qeyd edib.

"Vəkillər dedi, bu həftə görüşə bilməyəcəyik", o bildirib.

Meydan TV ilə əməkdaşlıq edən jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb, Daxili İşlər Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Onlar 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər