31 Oktyabr 2015 17:40
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.

Teleqraf.com-un xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası əraziyə cəlb olunub, Cəlilabad rayonunda Əməliyyat qərargahı yaradılıb, rəhbər heyət bölgəyə ezam edilib.

Görülən operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyyə edilib.

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb.

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər