1 Noyabr 2015 09:51
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən parlament seçkilərini birgə müşahidə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti artıq “exit poll” keçirdikləri məntəqələrdə fəaliyyətə başlayıblar. Bunu Trend-ə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, rəhbəri olduğu qurum "Artur Filkenşteyn və Assosiasiya" şirkəti ilə birgə 1053 məntəqədə "exit poll" keçirir: ““Exit poll”da 2600 kadr iştirak edir. Əldə etdiyimiz ilkin məlumatlara görə, heç bir insident qeydə alınmayıb. Hər şey qaydasındadır”.

VƏHML sədri vurğulayıb ki, tərəfdaşı olduğu şirkətlə bağlı axşam saatlarında keçirdikləri sorğunun nəticələrini açıqlayacaqlar.


Xatırladaq ki, seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirir.


Müəllif: