1 Noyabr 2015 10:05
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Rusiyadakı səfirliyi İraqdan ailəsi ilə Rusiyaya pənah gətirmiş Gülistan İsa-Şahonun Qazaxıstan vətəndaşı olduğunu təkzib edib.

“Tengrinews.kz”-nın xəbərinə görə, qadınla söhbət etmiş konsulluq əməkdaşları onun kürd olduğunu, 1981-ci ildə Azərbaycanda dünyaya gəldiyini və uşaq vaxtı valideynləri ilə bir neçə il Qazaxıstanda yaşadığını müəyyənləşdiriblər.

“Ona Qazaxıstan vətəndaşlığı və pasportu heç vaxt verilməyib. O, 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb”, deyə qurumdan bildirilib.

Diplomatlar qadının Qazaxıstanın rəsmi qurumlarına hər-hansı xahişlə müraciət etmədiyini bildiriblər. Beləliklə, Gülistan İsa-Şaho və onun ailəsinin sonrakı aqibəti ilə bağlı məsələ Rusiyanın miqrasiya orqanlarının səlahiyyətindədir.


Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ilə əlaqədar Rusiya Federal Miqrasiya Xidmətinə təkrar müraciət etdiyi bildirilir.


Qeyd edək ki, bundan əvvəl suriyalı 4 uşaqlı ailənin bir aydan çox “Şeremetyevo” hava limanının tranzit zonasında yaşadığı, qadının Qazaxıstan vətəndaşı olduğu barədə məlumatlar yayılıb. Sənədlərində problem olduğu üçün ailəyə Rusiyaya girişinə icazə verilməyib. (APA)


Müəllif: