Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qurumun hazırkı fəaliyyətindən danışıb.
Teleqraf.com xəbər verir ki, E.Vəlizadə jurnalistlərə açıqlamasında kadr dəyişikliyinin məqsədindən danışıb: Dəyişikliklər nazirliyin fəaliyyətinin daha yüksək səviyyədə qurulmasına xidmət edir. Bildiyiniz kimi, hazırda nazirlikdə birinci müavin təyin edilib və ona nazir funksiyaları həvalə edilib. Hazırda nazirliyin fəaliyyətinin daha da yüksək səviyyədə qurulması üçün işlər aparılır”.
Qeyd edək ki, prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib, nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
İlhamə