Noyabrın 30-da qoşunların təmas xəttində düşmənin kəşfiyyat diversiya qrupunun basqınının qarşısını alarkən İsmayılov Elşən Aydın oğlu şəhid olub.
Döyüş tapşırığını yerinə yetirərkən həlak olan Azərbaycan Ordusunun əsgəri 21 yaşlı Elşən ailənin sonbeşiyidir. O, ötən ilin yanvarında hərbi xidmətə çağırılıb.
Bir ay öncə anasını itirən şəhid əsgərimiz doğulduğu kənddə də dəfn olunub. İsmayılov Elşən Aydın oğlu Əhmədabad kənd qəbiristanlığında anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rayonun ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak etdilər. Şəhidimizin əziz xatirəsinə düzülən fəxri qarovul yaylım atəşi açıb.
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbçimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. (Region.TV)