Bu günlərdə şimal bölgəsinə yağan qar Quba rayonunun füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb.
Bu mənzərələri görməyə dəyər. Qubaya getmək imkanı olmayanlar Qəçrəşin və Xınalıq istiqamətində yerləşən bir çox ərazilərin qarlı görüntülərini AZƏRTAC-ın fotoreportajında izləyə bilərlər.