5 Dekabr 2015 18:03
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deputat həmkarı Elxan Süleymanovu 75 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Elxan müəllim, 75 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin Avropa Şurası və AVRONEST parlament assambleyalarındakı yorulmaz fəaliyyətiniz, Azərbaycan torpaqlarının işğalı, Sərsəng su anbarı barədə həqiqətlərin qəbul edilməsi istiqamətində göstərdiyiniz fədakarlıq xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilib.

75 yaşınızın tamam olmasına baxmayaraq, Siz gənclik həvəsi ilə yorulmadan çalışır, milli maraqlarımızın müdafiəsi uğrunda aparılan mübarizənin ön sıralarında dayanırsınız.

Geridə buraxdığınız hər il Azərbaycan xalqının və dövlətinin maraqları uğrunda mübarizənin şərəfli səlnaməsi, gələcək nəsillər üçün əsil vətəndaşlıq nümunəsidir.

Bu səbəbdən, Azərbaycan torpağına, Vətənə, xalqa həsr etdiyiniz ömrünüzün hər anından qürur duya bilərsiniz. Zənnimcə, Vətənini Sizin qədər ürəkdən, təmənnasız bir sevgi ilə sevən insan üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Hörmətli Elxan müəllim! Sizi bir daha 75 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm can sağlığı və qələbə sevinci arzulayıram.


Müəllif:

Oxşar xəbərlər