7 Dekabr 2015 13:36
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən partlayışla bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 5-də, saat 20 radələrində Bərdə rayonunun Uğurbəyli kəndində qeydə alınıb.

Kənd sakini Əli Məmmədovun evində qaz balonu partlayıb.

Nəticədə Ə.Məmmədovun gəlini Fidan Məmmədova və nəvəsi Dəniz hadisə yerində ölüb, yanıq xəsarəti almış özü və arvadı Fəxriyyə, oğlanları Eldar, Vüsal və qızı Səma xəstəxanaya yerləşdiriliblər.

Bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər