8 Dekabr 2015 12:00
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ictimaiyyətlə əlaqələr üzrə təlimlərin veriləcəyi “PR məktəbi” dekabrın 14-də fəaliyyətə başlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihədə iştiakçı olmaq istəyən gənclərin sənəd qəbulu davam edir.

Layihənin müəllifi PR mütəxəssisi Vüqar Babayev (Vüqar Baba) məktəbin direktorudur. Burada Vüqar Baba ilə yanaşı həmçinin, ictimaiyyətlə əlaqələr sahəsində ölkədə ən öndə olan digər peşəkarlar dərs deyəcək. Gənclərə həm nəzəri biliklər öyrədiləcək, həm də praktik məşğələlər keçiriləcək.

Layihənin məqsədi Azərbaycanda PR sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə kadrların yetişdirilməsinə dəstək olmaqdır. Məktəbin məzunları gələcəyin peşəkar PR-çıları kimi formalaşacaq, xüsusən, iqtisadi və siyasi sferalarda yeni və güclü nəfəs olacaqlar.

Məktəbə yazılmaq və ödənişsiz dərslərdə iştirak etmək istəyən şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Müəllif:

Oxşar xəbərlər