9 Dekabr 2015 19:32
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda fəaliyyət göstərən “Borçalı İrəli” İctimai Birliyi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev – xalqa xidmət yolu” adlı tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Ulu öndərin Tiflisdəki büstünü ziyarətlə başlayan anım gecəsi Tiflisdəki Beynəlxalq Akademiyasında davam edib.

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov həyatını Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və xalqına həsr etmiş milli liderin fəaliyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Gürcüstan əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi xidmətlərdən bəhs təşkilat rəhbəri bildirib ki, ulu öndərin yürütdüyü uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan və Gürcüstan arasındakı dostluq, eləcə də strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir.

Tarix elmləri doktoru, professor David Çitaia da Heydər Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrinin qurulmasında və möhkəmlənməsində apardığı uğurlu siyasətdən danışıb. Gürcü gənclərini təmsil edən Daçi Çitaia isə bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevlə Eduard Şevardnadzenin dostluq münasibətlərinin mühüm rol oynadığını qeyd edib. O, tədbirdə iştirak edən gürcü və azərbaycanlı gənclərə müraciət edərək iki xalqın dostluğunun möhkəmlənməsinə öz töhfələrini verməyə çağırıb.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva isə ulu öndər Heydər Əliyevin vətəninə və xalqına olan sevgisindən danışaraq, onun hər bir gənc üçün örnək olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfriliyinin birinci katibi Vüsal Məmmədov, QHT rəhbərləri, KİV nümayəndələri, gürcü və azərbaycanlı gənclər, tələbələr iştirak edib. Sonda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər