17 Dekabr 2015 14:40
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lisenziyalarlın sayını artırmaqdansa, onların sayını kəskin şəkildə azaltmaq lazımdır”.

Bunu millət vəkili Vahid Əhmədov "Lisenziyalar və içazlər haqqında" yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəsi zamanı dilə gətirib.

Qanun layihəsinin vacib və əhəmiyyətli olduğunu bildirən V. Əhmədov bununla yanaşı, lisenziyaların sayının azaldılmasının zəruriliyini önə çəkib: "Əvvəla aydınlaşdırılmalıdır ki, "bir pəncərə" sistemini kim tətbiq edəcək-İqtisadiyyat və Sənaye Nazirliyi, "ASAN" Xidmət Mərkəzi, yoxsa, başqa dövlət qurumu? Ola bilməz ki, 50-nə İqtisadiyyat və Sənaye Nazirliyi, 20-nə Səhiyyə Nazirliyi, nə bilim, 30-na Nəqliyyat Nazirliyi və digər nazirlik lisenziya versin. Amma çox təəssüflər olsun ki, bu günə kim bu "praktika", bu problem reallıqda var, hər nazirlik az qala lisenziya verməklə məşğuldur. Belə ola bilməz, bu, yığışdırılmalıdır. Lisenziyalarlın sayını artırmaqdansa, onların sayını kəskin şəkildə artırmaq lazımdır".

Millət vəkili ümumiyyətlə, lisenziyaların veilməsinin bütövlükdə "ASAN" Xidmət Məırkəzinə həvalə olunmasının vacibliyini söyləyib: “Çünki bu qurumda hər şey şəffafdır, heç bir bürokratiya-filan yoxdur. Odur ki, digəq qurumlar yox, məhz "ASAN" Xidmət Mərkəzi lisenziyalaşdırma ilə məşqul olmalıdır. Bu, daha düzgün olar”.

Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycanda bəzi fəaliyyət növləri istisana olunmaqla lisenziyalar müddətsizləşdirilir. Səmədzadənin sözlərinə görə, lisenziyalarla yanaşı, icazələr də hüquqiləşdiriləcək: “Lisenziyalar və icazlər haqqında” yeni qanun ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına kömək edəcək”.

Qanun layihəsi barədə məlumat verən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, indiyə qədər lisenziyalarla bağlı məsələ digər normativ-huqiqi aktlarla tənzim olunurdu, indi isə lisenziyalarla yanaşı, icazələr də hüquqi müstəviyə keçiriləcək. Nazir müavini bu sənədlə lisenziyalaşdlırma prosesində "bir pəncərə" sisteminin tətbiq olunacağını, bəzi fəaliyyət növləri istisna olunmaqla, lisenziyaların müddətsiz veriləcəyini, lisenziyaların verilməsi müddətinin azaldılacağını da dilə gətirib. Onun sözlərinə görə, bu günə kimi lisenziya almış sahibkarlıq subyektlərinin də lisenziyaları müddətsizləşdiriləcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər