22 Dekabr 2015 18:30
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda, dağın ətəklərinə bir-neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru uçub.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, qar uçqunu yolun bağlanmasına səbəb olub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib. Ümumilikdə 6 yerdə qar uçqunu qeydə alınıb.

Yolda hərəkətin bərpası üçün dərhal əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub. Texnikanın çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti bərpa edilib.

“Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyyə edir.

İLHAMƏ


Müəllif: