23 Dekabr 2015 15:33
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün QHT-lərin Bakı Resurs və Təlim Mərkəzində Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platformasının növbəti toplantısı keçirilib.

Teleqraf.com-un məlumatına görə, Forumun Azərbaycan üzrə əlaqələndiricisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Kiyev şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunun 7-ci Assambleyasının yekunları və müzakirə olunan məsələlər barədə məlumat verib. O, MP-nın 2016-ci il üçün fəaliyyət istiqamətləri ilə bağlı əsas tezisləri toplantı iştirakçılarının diqqətinə çatdırdı və yaxın zamanda həmin sənədin tam variantının platforma üzvlərinin müzakirəsinə veriləcəyini qeyd edib: “Burada əsas diqqət çəkən məqamlar vətəndaş cəmiyyətinin ölkə daxilində rolunun artırılması, Avropa institutları ilə əməkdaşlığın genişləndiriləməsi və şərq tərəfdaşlığı istiqamətində vətəndaş cəmiyyəti ilə dövlət arasında əməkdaşlıq sahələrinin müəyyən edilməsindən ibarətdir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Forumun 7-ci Assambleyasında təşkil olunan sərgi zamanı Ermənistan nümayəndə heyəti tərəfindən təqdim olunan xəritədə ölkəmizin ərazi bütövlüyüynə qarşı edilən hörmətsizliyə etiraz olunduğunu qeyd edib. MP-nın gələcəkdə bu kimi halların təkrar olunmaması üçün Forumun katibliyinə ünvanlanan müraciəti qəbul olunub.

Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı vəziyyətin müzakirəsi ilə yanaşı tədbir iştirakçıları qeyd ediblər ki, hökumət vətəndaş cəmiyyətini avrointeqrasiya proseslərində əsas partnyor kimi görməli və onunla əməkdaşlığa hazır olmalıdır.

Demokratiya Monitoru İB-nin sədri Fuad Həsənov, Azərbaycanla Avropa İttfaqı arasında müzakirə olunan əməkdaşlıq təşəbbüslərinin müzakirəsinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasının vacibliyini vurğulayıb. Konstitutsiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Platformanın Azərbaycan hökuməti ilə Aİ arasında müzakirə olunan sənəd üçün təkliflərin hazırlanmasında iştirakının əhəmiyyətindən danışdı və vətəndaş cəmiyyətinin bu müzakirələri parallel olaraq Avropa İttifaqı ilə də aparmasının vacibliyini qeyd etdi. Çıxış edən MP üzvləri Forumun fəaliyyətinin genişləndirilməsi üçün yerli platformaların rolunun artırılmasına diqqətin yönəlməsini əsaslandırdılar.

MP-nın əsasnaməsi müzakirə olunub, onun platformaya üzvlük məsələlərini müəyyən edən yeni təkliflərin nəzərdən keçirilməsi məqsədilə müzakirəyə təqdim ediləcəyi qərara alınıb. MP-nın işçi qruplar üzrə əlaqələndiricilərinin yaxın zamanda seçilərək idarə heyətinin formalaşmasına və 2016-cı ilin əvvəlində növbəti ümumi yığıncağın keçirilməsinə razılıq verilib.

Eyni zamanda həbsdə olan platfroma üzvlərinin sağlamlığı ilə bağlı vəziyyət müzakirə edilib və iştirakçılar dekabr ayında göşlənilən əfv fərmanında həbs olunan MP üzvlərinin azadlığa çıxacağına və MP-nın işinə müsbət tövhə verəcəyinə ümid etdiklərini bildiriblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər