25 Dekabr 2015 10:46
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb. Teleqraf.com xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev KİV nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq qətirən Fond sədri qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

Elman Mehdiyev eyni zamanda, Fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

Naibə


Müəllif:

Oxşar xəbərlər