28 Dekabr 2015 13:56
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir: "Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır".

Naibə


Müəllif: