Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, bu təyinata qədər Məhəbbət Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.
Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.
SEVİL