30 Dekabr 2015 22:33
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda təşkil olunmuş “PR Məktəbi”nin ilk tələbələri məzun oldular. İctimaiyyətlə əlaqələr peşəsinin tədris olunduğu kursu 25 gənc bitirdi.

Kurs Gənclər Fondunun dəstəyi ilə PR üzrə mütəxəssis Vüqar Babanın fərdi layihəsi əsasında təşkil olunub. Layihənin məqsədi Azərbaycanda “Public Relations” peşəsi üzrə mütəxəssislər yetişdirməkdir.

“PR Məktəbi”ndə gənclərə 12 PR mütəxəssi dərs deyib. Məktəbdə ümumi PR anlayışı ilə yanaşı, Korporativ Sosial Məsuliyyət, sosial mediada təbliğat, informasiya təhlükəsizliyi, bank, tibb, qida, avtomobil, siyahət sahələrində PR mövzusunda rəslər keçirilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər