5 Yanvar 2016 08:18
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində 30-dan çox sərxoş sürücü saxlanılıb.

ANS TV-nin məlumatına görə, bayram ərəfəsində yol qəzalarının qarşısının alınması, yollarda yarana biləcək sıxlığın baş verməməsi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində müxtəlif istiqamətlər üzrə nəzarət gücləndirilib.

Hazırda hər bir yol polisi əməkdaşı dislokasiya edilmiş ərazi üzrə xidmətini davam etdirir .

Paytaxt yollarında 31 dekabrdan bu günə kimi 10 yol qəzası baş verib ki, bunlara da səbəb sərxoş sürücülərdir. Qəzaların 3-ü daha ağır olub ki, bu zaman bir piyada dünyasını dəyişib.

Bakı şəhər baş dövlət yol polis idarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, bayram günlərində 30-dan çox sərxoş sürücü saxlanılıb. Və onlar inzibati məsuliyyətə cəlb edilib:

“Həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində spirtli içkinin təsiri altında 32 sürücü saxlanılıb. Eyni zamanda bayram günlərində polisin qanuni tələblərini yerinə yetirməyən 6 sürücü barəsində isə inzibati qaydada tədbir görülüb. Eləcə də iki avtoxuliqan da tərəfimizdən aşkar edilərək məsuliyyətə cəlb olunublar”.

Şöbə rəisi onu da bildirdi ki, istər iş günlərində, istərsə də qeyri-iş günlərində paytaxt ərazisində Yol Partul Xidmətinin əməkdaşları reyd keçirəcək.


Müəllif: