14 Yanvar 2016 16:26
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən il verilmiş balıqovlama biletinin hüquqi qüvvəsini iki ay müddətinə uzadıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq, 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

İlhamə


Müəllif: