15 Yanvar 2016 11:43
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda istehlak bazarına nəzarət tədbirləri gücləndirilib.

İH-dən Teleqraf.com-a daxil olan məlumata görə, rayonun İcra başçısı Alı Alıyev Bala Bəhmənli kəndi ərazisində, əsas bazarının yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olmuş, əhali ilə söhbət edib ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı və satıcılarla söhbət zamanı müəyyən olub ki, hazırda rayon ərazisində 50 kq-lıq unun bir kisəsinin qiyməti 24 manatdır. Rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur. Müşahidə zamanı əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ele də ciddi artım, süni mal müəyyən edilməyib.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə İcra başçısının sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.

İcra başçısı qiymət artımı ilə maraqlandı -  Fotolar
İcra başçısı qiymət artımı ilə maraqlandı -  Fotolar
İcra başçısı qiymət artımı ilə maraqlandı -  Fotolar


Müəllif: