Fevralın 4-də İspaniya Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər üzrə nümayəndəsi Xose Luis Dies Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov səfirə universitetin beynəlxalq əlaqələr sistemindəki proseslər və uğurları və görülən işlər barədə məlumat verib. Eyni zamanda ADNSU-nun dünyada və Avropada neft mütəxəssisləri hazırlayan ilk təhsil müəssisəsi olaraq əvvəlki prioritetlərini bu gün də qoruyub saxladığını önə şəkib, dünyanın 100-dən çox ölkəsindən olan vətəndaşların burada təhsil alaraq öz ölkəsində qabaqcıl mütəxəssislər kimi tanındığını vurğulayıb.
Eyni zamanda səfirə universitetdə həyata keçirilən Erasmus+ beynəlxalq proqramı barədə məlumat verilib və bu istiqamətdə İspaniyanın nə kimi təcrübəyə malik olduğuna diqqət çəkilib. Cənab Dies öz növbəsində ADNSU ilə İspaniyanın texniki profilli ali məktəbləri arasında əməkdaşlığın qurulmasının əhəmiyyətindən danışaraq, bu işdə yardımçı olacağını bildirib.
SEVİL