Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin aparat rəhbəri Arif Əşrəfovun rəhbərlik etdiyi və altı üzvü olan Apellyasiya Şurasına komitənin strukturuna aid olan qurumların məsul əməkdaşları daxil edilib.
İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.
İLHAMƏ