21 Fevral 2016 15:14
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir. Dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.


Müəllif: