Azərbaycanda qeydiyyatda olan “Facebook” sosial şəbəkəsinin istifadiçiləri “Bəyənirəm” standart düyməsinin yanına daha 6 yeni düymə əlavə edə bilər.
ANS PRESS-in məlumatına görə, “Bəyənirəm”dən əlavə “sevgi”, “gülüş”, ”sevinc”, “kədər”, “qəzəb”və “təəccüb” emosiyanı yerləşdirmək mümkündür.
Ötən il Mark Zukerberq “Facebook” istifadəçilərinin maraqla gözlədiyi “bəyənməmək” düyməsinin yerinə alternativ “emodzi”lər haqqında öz rəsmi profilində qısa bir video paylaşaraq məlumat verib. O, sosial şəbəkədəki paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədi ilə “like” düyməsinin yerinə 6 yeni “emodzi” üzərində çalışdıqlarını bildirib.
İlk dəfə İspaniya və İrlandiyanın sosial şəbəkə istifadəçiləri arasında sınaq keçirilib. Artıq bu gündən sonra Azərbaycanda qeydiyyatdan keçmiş istifadiçilər də monitorlarında yeni əlavə olunmuş “emodzi”lər görünəcək.