25 Fevral 2016 16:17
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Fərmana əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apelyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki “ASAN xidmət”in vəzifəli şəxsləri daxildir.

Qeyd edək ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

SEVİL


Müəllif: